Son illərdə respublikamızda baş verən
ictimai-siyasi dəyişikliklər sovet hakimiyyəti
dövründə keçilən 75аа illik yollara yenidən nəzər
salmağı, elmin, mədəniyyətin, sənaye və kənd
təsərrüfatının, eləcə də həyati əhəmiyyət
kəsb edən, cəmiyyət üçün ən vacib
olan digər sahələrin müasir tələblər səviyyəsində
inkişaf perspektivləri planının
hazırlanmasını tələb edir. Xalqımızın son 75аа
ildə əldə etdiyi nailiyyətlər və eləcə
də uğursuzluqlar heç də ölkə ictimaiyyəti
tərəfindən birmənalı qarşılanmır. Bəziləri sovet dövrünün bütün
xüsusiyyətlərini pisləyir, bəziləri isə
bir sıra yaxşı cəhətləri xeyli şişirdərək
keçid dövrünün çətinlikləri ilə
müqayisəyə üstünlük verirlər. Lakin, bütün bu hadisələrə obyektiv
yanaşma mövqeyindən münasibət bildirilsə daha
düzgün nəticə əldə olunar. Təəssüflə
qeyd etmək lazımdır ki, bəzi mətbuat
orqanlarında həmin dövrə aid Azərbaycan elminin də
nailiyyətlərini qəbul etməmək və Azərbaycan
Elmlər Akademiyasının gələcək fəaliyyətinə
şübhə ilə yanaşma halları da vardır. Inkişaf etmiş xarici dövlətlərin mütəxəssislərinin
Azərbaycan elminə, mədəniyyətinə verdikləri
yüksək qiymət Elmlər Akademiyasının təkcə
neft geologiyası və neft kimyası sahəsində bu vaxta
qədər əldə etdiyi çox böyük nailiyyətlər
Akademiya elmi haqqında başqa cür düşünənlərin
tamamilə yanlış fikirdə olmalarına əyani
sübutdur.а XX əsr Azərbaycan elminin uğurlu nailiyyətlərindənа biri də onun Mərkəzdən
uzaq bölgələrindəа
elmin inkişaf etdirilməsi məqsədilə Regional
Elmi Mərkəzlərin yaradılması hesab edilməlidir.
Gəncədə, Naxçıvanda, Şəkidə
yaradılan elm ocaqları buna misal ola bilər. 35 illik
yubileyinə hazırlaşdığımız Şəki
Regional Elmi Mərkəzi yubiley münasibətilə bir
sıra tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur. Onlardan biri də Elmi Mərkəzin yarandığı
gündən bu günə qədər olan fəaliyyəti
barədə geniş hesabatı kitabça şəklində
hazırlayıb, ictimaiyyətə təqdim etməkdən
ibarətdir. Həmin hesabata başlamazdan əvvəl, Şəki
Regional Elmi Mərkəzin yaradılmasına qədərki
dövrdə xronoloji baxımdan Azərbaycan elminin və Elmlər
Akademiyasının pillə-pillə, mərhələ-mərhələ
inkişaf tarixinə nəzər salmağı məqsədəuyğun
hesab edirik. Bu isə öz növbəsində yəqin ki,
geniş oxucu kütləsində Azərbaycan elminin mərkəzdən
uzaq ərazilərində də yayılması zərurəti
haqqında aydın təsəvvür yaradacaqdır. Qədim tarixə malik dünya dövlətləri
arasında Azərbaycanın da özünə məxsus yeri
vardır. Azərbaycanda elmi fikrin inkişafı minilliklərin dərinliyinə
doğru gedir. Hələ Azərbaycanın cənubundaа yaranmış ilk dövlətin-Mannanın
(а e.ə. IX əsr ) yazısı
var idi. Azərbaycanın şimal hissəsində isə
yazının (Mingəçevir qazıntıları
zamanı aşkar edilən alban əlifbası kimi tanınan
yazı) V əsrdə yaradılması ehtimal olunur. Azərbaycanın ərəb işğalı
zamanı ( VII əsr) islam dininin qəbul
edilməsi ilə burada ərəb əlifbası geniş
yayılmağa başlayır. Bu səbəbdən
savadlı, maariflənmiş azərbaycanlılar o
dövrün müsəlman mədəniyyətinin zənginliklərindən
bəhrələnmək imkanı qazanır və özləri
də bu mədəniyyətə böyük töhfələr
verir. XI əsrin böyük filoloqu Xətib Təbrizinin, görkəmli
filosof ibn Sinanın şagirdi və davamçısı, ibn
Mərzban Bəhmənyarın, bir sıra ulduz cədvəlləri
tərtib etmiş astronom Fazil Fərməddin Şirvaninin
elmi yaradıcılığı, XII əsrdə Yusif və
Möminə Xatun məqbərələrini ucaldan görkəmli
memar Əcəmi Naxçıvaninin
yaradıcılığı xüsusi əhəmiyyət kəsb
edir. Xariqüladə əsərlərində
başdan-başa fəlsəfi fikir nəticələriа səpələnmiş XII əsr
böyük Azərbaycan şairləri Nizami Gəncəvi vəа Xaqani Şirvaninin adları o
dövrün gözəl humanist poeziya səhifələrini
bəzəmişdir. XIII əsrdə Nəsirəddin Tusi tərəfindən
(1259-cu il) dünyaа
şöhrəti qazanmış Marağa rəsədxanası
yaradılmışdır. Öz dövrünün
böyük elmi mərkəzi olaraq bu rəsədxana bir
çox ölkələrinа alimlərinin diqqətiniа özünəа cəlb edirdi. XIV əsrin başlanğıcında Təbrizdə
özündə təhsil, müalicə və elmiа təsisatları,
o cümlədən rəsədxananı birləşdirən
Darüş-şəfa yaradıldı. Darüş-şəfada ali məktəb, bir növ
universitet fəaliyyət göstərirdi ki, buraya təbiətşünaslığı,
fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi,
ilahiyyətı öyrənmək üçün Şərqin
müxtəlif ölkələrindən 6-7 min tələbə
yığılırdı. Bu dövrdə Seyid Yəhya Bakuvinin (fəlsəfə,
tarix, coğrafiya, astronomiya), Əbdürrəşid Bakuvinin
(tarix, coğrafiya), Fəzlullah Rəşidəddinin (tibb,
tarix), tarixçilərdən Məhəmməd Hinduşah
Naxçıvaninin, Isgəndər Munşinin, böyük
Azərbaycan mütəfəkkiri və şairi Məhəmməd
Füzulininа əsərləri
şöhrət qazanmışdı. XVIII əsrin sonu, XIX əsrinа
başlanğıcındaа alim Zeynalabdin Şirvaninin adı
xüsusi çəkilirdi. Bununla belə, Şərq despotizm siyasi rejiminin hökmranlığı
şəraitində Azərbaycanda çiçəklənən
mədəniyyət və elm yavaş-yavaş solur vəа zəifləyirdi.
Şimali Azərbaycanınа Rusiyaya birləşdirilməsindənа sonra XIX əsrdən başlayaraq
rus və Avropa mədəniyyətinin təsiri ilə burada
elm və mədəniyyətin inkişafı tamamilə
başqa istiqamətə yönəldildi. Bu illərdə Azərbaycanda
böyük alim-tarixçi Abbasqulu Ağaа Bakıxanov, filosof-mütəfəkkir,
bütün şərqdə ilk materialist vəа ateist Mirzə Fətəli Axundov,
böyük təbiətşünas, ilk darvinist alim- Həsən
bəy Zərdabi-Məlikov kimi görkəmli elm və
ictimai fikir xadimləri yetişmişdi. Azərbaycanlı alimlər Ц Peterburq Universitetinin
professoru Mirzə Cəfər Topçubaşov, xüsusilə
də Rusiya Akademiyasının müxbir üzvü Mirzə
Kazım bəy Rusiyada şərqşünaslıq elminin
inkişafına əhəmiyyətli töhfələr
verirdilər. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda
milli mədəniyyət ənənələrində tərbiyə
olunmuş, Avropa və dünya ictimai-siyasi fikrini mənimsəmiş
yeni demokratik ziyalılar yetişməyə başladı.
Inqilabi demokratik ədəbiyyatın nümunələri- M.Ə.Sabir,
C.Məmmədquluzadə və Azərbaycanın digər
qabaqcıl yazıçı və şairlərinin əsərləri
dünya mədəniyyəti xəzinəsinə daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elmin
inkişafı üçün yeni üfüqlər
açdıЕ 1921-ci ildə Məmmədhəsən Baharlının
УAzərbaycanФ kitabı nəşr olundu. Burada Azərbaycanın
sərhədləri, relyefi, faydalı qazıntıları və
onların mənimsənilməsi, əhalisinin etnik tərkibi,
sənaye və kənd təsərrüfatının
inkişaf məsələləri əhatə olunmuşdur. Əsərdə
Azərbaycanın etnoqrafiya, coğrafiya, tarix, toponimika elmlərinəа aid
qiymətliа məlumatlarа toplanmışdı. Iran Qafqaziya
Azərbaycanın birgə xəritəsi də həmin
kitabda birinci dəfə işıq üzü
görmüşdür. Təəssüf ki, həmin kitab
Sovet hakimiyyəti illərindəа oxucular üçün
qadağan olunmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin qurulması elmi tədqiqatların
genişlənməsinə imkan yaradırdı. Həmin illərdə
bütün elmi tədqiqat işlərini özündə cəmləşdirən
respublikanın ali məktəblərinin, xüsusilə də
universitet və Politexnik Institutunun fəaliyyəti xüsusi əhəmiyyət
kəsb edirdi. Bu ali məktəblərin bazasında gələcək
elmi-tədqiqat müəssisələrinin əsası olan
müxtəlif cəmiyyət, özək və s.
yaradılırdı. 1920-ci ildə УAzneftinФ geoloji bürosu
və bundan bir qədər sonra onun nəzdində fəaliyyət
göstərən ilk Mərkəzi kimya laboratoriyası,1921-ci ildə isə Bakı dəniz rəsədxanası
yaradıldı. Yaranmış elmi özəklər arasında ən əhəmiyyətli
yeri əsası 1923-cü ildə qoyulmuş УAzərbaycanı
tədqiq və öyrənmə cəmiyyətiФ tuturdu. Bu cəmiyyətin
yaranması və inkişafında Azərbaycan Sovet Hökumətinin
başçısı Nəriman Nərimanov iştirak
edirdi. Cəmiyyətin başında o dövrdə SSRI Elmlər
Akademiyası ölkəşünaslıq bürosunun
müxbir üzvü, məşhur Azərbaycan
yazıçısı Əbdürrəhim bəy Haqverdiyev
dururdu. Başlanğıcda cəmiyyət üç
seksiyadan ibarət idi: tarixi-etnoqrafiq, iqtisadi və elmi təbiətşünaslıq
1925-ci ildə buraya dördüncü türkoloji
seksiya da əlavə olundu. Cəmiyyətin rayon mərkəzlərindəа şöbələri
vardı və onlar vasitəsilə yerlərdəki
ziyalılar mərkəzlərin işinə cəlb edilirdi.
УAzərbaycanı tədqiq və öyrənmə cəmiyyətiФ-nin
təşəbbüsü ilə 1924-cü ilin
sentyabrında Bakıda respublikadakı elmi-tədqiqat işlərinin
daha geniş vüsət alması zəruriliyinin təbliğində
böyük rol oynayan I Ümumazərbaycan ölkəşünaslıq
qurultayı keçirildi. 1923-1928-ci illər ərzində cəmiyyət tərəfindən
Azərbaycanın tarixinə, iqtisadiyyatına və Azərbaycan
xalqının mədəniyyətinin müxtəlif məsələlərinə
həsr edilən 50-yə yaxın kitab, braşura
buraxılmışdı.Cəmiyyət tərəfindən
buraxılan kitablar arasında Azərbaycanda o dövrdə
humanitar elmlərin inkişafında bilavasitə iştirak edən
məşhur rus alimləri akad. V.V. Bartoldun УMesto prikaspiyskix
oblastey v istorii musulmanskoqo miraФ, akad. I. I. Meşşaninovun
УXaldeyşünaslıqФ, böyük Azərbaycan
tarixçisi Abbasqulu Ağa Bakıxanovun УGülüstani- IrəmФ
və s. əsərləri də var idi. 1929-cu ilin sonunda УAzərbaycanı
tədqiq və öyrənmə cəmiyyətiФ Azərbaycan
Dövlət Elmi Tədqiqat Institutuna çevrildi ki, onun da bazasındaа 1932-ci
ildə SSRI Elmlər Akademiyasının Zaqafqaziya
filialınınа demək olar
ki, bütün rayonlarda yerləşən dayaq məntəqələrinə
və elmi təcrübi stansiyalarınaа malik otuzdan yuxarı elmi müəssisəа və ali məktəb fəaliyyət
göstərirdi. 1935-ci ildə SSRI EA Zaqafqaziya filialı Azərbaycan
filialına çevrildi. Onun tərkibində kimya, botanika,
zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və ədəbiyyat
institutuları, geologiya, fizika, energetika,
torpaqşünaslıq sektorları işə
başladı. XX əsrin 20-30-cu illərində respublikada elmin
inkişafı üzrə böyük elmi təşkilati və
rəhbərlik işini S.Ağamalıoğlu,Ə.Ə.Haqverdiyev,
R.A.Axundov, S.M.Əfəndiyev, I.M.Qubkin, F.Y.Levinson-Lessinq,
S.S.Nametkin, V.X.Xuluflu həyata keçirirdilər. 30-40-cı
illərdə də elmin inkişafında bir sıra nailiyyətlər
əldə edildi. Böyük Vətən müharibəsi illərində
Azərbaycanın alim və mütəxəssisləri
faşist işğalçıları ilə mübarizədə
Sovet xalqının ümumi qələbəsinə öz
töhfəsini vermək məqsədi iləа əllərindən gələni
edirdilər. Azərbaycan Elmlər Akademiyasının yaranması
Sovet xalqının Böyük Vətən müharibəsində
qəhrəmanlıqla qələbə çalması ilə
üst-üstə düşdü və respublikanınа quruculuq illərində
qazandığıа müvəffəqiyyətlərin
qanunauyğun nəticəsi oldu. 31 mart 1945-ci ildə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvlərinin ilk ümumi
yığıncağı keçirildi. Görkəmli Sovet
alimlərinin iştirak etdiyi bu yığıncaqda qeyd edildi
ki, Azərbaycan EA-nın yaradılması Sovet dövründə
Azərbaycan elminin 25 ildə keçdiyi yolun qanunauyğun
zirvəsi olub, Azərbaycan SSR-in iqtisadi və mədəni
inkişafına geniş yol açdı. Həmin dövrdə 150 professor və elmlər doktoru,
380 dosent və elmlər namizədi olan respublikada 1200 elmi
işçi çalışan 66 elmi müəssisə fəaliyyət
göstərirdi. Azərbaycan alimlərinin bir sıra nailiyyətləri
ümumittifaq və dünya miqyasında
tanınmışdı. Azərbaycan SSR Elmlər Akademiyası 30 illik məhsuldar
fəaliyyəti ərzində ölkədə ən iri elm
mərkəzlərindən birinə çevrildi. Bu zaman ərzində
ona M. A. Mirqasımov, Y. H. Məmmədəliyev, Z. I. Xəlilov,
R. Q. Ismayılov, H. B. Abdullayev rəhbərlik edirdilər. Elmlər Akademiyasının ilk onilliyi onun təşəkkül
mərhələsi oldu. Bu illərdə elmin vəzifəsi ölkədə və
respublikada xalq tsərrüfatının bərpası,
iqtisadi və mədəni quruculuq işlərində
yaxından iştirak etməkdən ibarət idi. Bu məsələlər
ən mühüm problemlərin daha dərindən işlənməsi
zərurəti, istehsalatla yaradıcı əlaqələrin
qurulması, elmi kadrların hazırlanması ilə
bağlı idi. 1960-cı ilin mayında SSR Elmlər Akademiyası ilə
Zaqafqaziya respublikaları elmlər akdemiyalarının birləşmiş
elmi sessiyası regionda, xüsusən də Azərbaycanda
elmin hansı yüksəkliklərə
çatdığını əyani olaraq göstərirdi. 1960-cı ilin aprel-may aylarında SSR Elmlər
Akademiyasının, başda onun vitse-prezidenti akademik A. V.
Topçiyev olmaqla, böyük bir alim qrupu Bakıda oldu.
Onlar Azərb. SSR Elmlər Akademiyasının əsas elmi
istiqamətlərinin vəziyyəti və perspektivləri ilə
Konkret tarixi şəraitdən, iqtisadi inkişafın
təşəkkül tapmış istiqamətlərindən,iri elmi məktəblərin və yüksək
ixtisaslı alim və mütəxəssis kadrların
olmasından bəhs edilərək 60-cı illərdə SSR
Elmlər Akademiyasının, o cümlədən də Azərb.
Elmlər Akademiyasının elmi tədqiqatlarının
aparıcı istiqamətləri müəyyənləşdirildi.
Bu mühüm işdə SSR Elmlər Akademiyasının
vitse-prezidenti akad. N.N.Semyonovun başçılıq etdiyi
komissiya Azərb. SSR Elmlər Akademiyasına xeyli kömək
göstərdi. Böyük yaradıcılıq gərginliyi
şəraitində ittifaq və respublika
akademiyalarının alimləri arasında
görülmüş işlərin nəticələri, Azərb.
SSR Elmlər Akademiyasında elmin aktual problemləri üzrə
inkişaf perspektivləri haqda işgüzar söhbətlər
aparıldı. SSR Elmlər Akademiyasının komissiyası
respublika akademiyasının alimləri ilə birgə tədqiqatların
əsas istiqamətləri üzrə və Azərbaycan SSRа Elmlər
Akademiyasının strukturunda hər bir elmi müəssisəninа fəaliyyətininа əsas istiqamətləriа üzrə tövsiyyələr
işləyib hazırladı. Komissiyanın tövsiyyələri
SSRIа Elmlər
Akademiyasının xüsusi sərəncamındaа öz əksini tapdı. Bu işin nəticəsində respublika Elmlər
Akademiyasının aşağıda göstərilən əsas
elmi istiqamətləri dəqiq müəyyənləşdirildi: - kimya və neft emalının elmi əsaslarının
işlənməsi (neft-kimya sintezi, neft və qaz emalı,
kimyəvi proseslər nəzəriyyəsi); -neft geologiyası, neft və qaz yataqlarının
işlənməsininа elmi əsasları,
Azərbaycanın faydalı qazıntılarının
kompleks öyrənilməsi və istifadəsi (filiz və
qeyri-filiz); -yarımkeçiricilər fizikası (yüksək
yarımkeçiricilərin alınması və tətbiqi,
yarımkeçirici cihazlarınа
işlənməsi və yaradılması); -kibernetika, riyazi hesablama və hesablama texnikası (xalq
təsərrüfatının aparıcı sahələrinin
istehsal proseslərinin
avtomatlaşdırılmasınınа kibernetik məsələləri,
konkret iqtisadiyyat məsələlərininа həlllində riyazi
üsulların və hesablayıcı maşınların tətbiqi); -əsas kənd təsərrüfatıа bitkilərinin və heyvanların
fiziologiyası, biokimya, radiobiologiya, torpaqşünaslıq,
aqrokimya, genetika və seleksiya; -tarix, Azərbaycan iqtisadiyyatı və ədəbiyyatı,
müasir Azərbaycan xalqının ictimai-fəlsəfi
fikir tarixi; -Azərbaycan xalqının yazılı abidələrinin,
sovet və xarici Şərq xalqlarının əlyazmalarının
öyrənilməsi, Yaxın Şərq ölkələrinin
tarixi, iqtisadiyyatı və mədəniyyəti ( 1965-ci ilə qədər Azərb. Elmlər
Akademiyası sistemində bir neçə yeni elmi müəssisə
yaradılmışdı, işçilərin ümumi sayı
artmışdı (2500 nəfərdən artıq), elmlər
doktorlarınınа
sayı 119-a, namizədlərin sayı 759-a
çatmışdı. Elmi tədqiqat işlərinin maliyyələşdirilməsi
əhəmiyyətli dərəcədə yüksəlmiş,
laboratoriyalar aktiv surətdə müasir elmi avadanlıqla təchizа edilirdi.
Həmin illərdə elmi müəssisələr
üçün nəzərdə tutulmuş xüsusi
binalar kompleksi - Akademiya şəhərciyi alimlərin istifadəsinə
verildi. Respublikanın Elmlər Akademiyasının
bütün fəaliyyəti boyu SSRI Elmlər
Akademiyasının rəhbərləri və bir çox
görkəmli alimləri ona istər elmi tədqiqatların
inkişafında, istərsə də mühüm elmi-təşkilati
məsələlərin həllində daimi diqqət və
kömək göstərirdilər. Akademik M. V.
Keldışın 1972-ci ildə Bakıya gəlişi Azərb.
SSR Elmlər Akademiyasının fəaliyyəti ilə SSRI Elmlər Akademiyasının aparıcı alimlərinin
Azərbaycan Elmlər Akademiyasını yaradıcı əməkdaşlıq
və təcrübə mübadiləsi məqsədi ilə
ziyarət etməsi gözəl və xeyirli bir ənənəyə
çevrilmişdi. Təkcə 1970-1972-ci illər ərzində
SSRI Elmlər Akademiyasının elmin müxtəlif sahələrini
təmsil edən 100-dən çox aparıcı alimi Azərbaycan
SSR Elmlər Akademiyasında olmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasında aparılan tədqiqatların
miqyasının genişlənməsini, işlənilən
problemlərin artan əhəmiyyətini, başa
çatmış elmi işlərin səviyyəsinin və
səmərəsinin yüksəlməsiniа aşağıdakı rəqəmlər
təsdiqləyir. Işlənən problemlərin sayı
1966-cı ildə 82 olduğu halda, 1972-ci ildə bu rəqəm
xeyli artmışdır. Sovet elminin ən mühüm nailiyyətləri
kimi 1970-ci ildə Azərbaycan alimlərinin 17 işi qeyd
olunmuşsa, 1972-ci ildə bu rəqəm 37-yə çatmışdı.
Əsas diqqət elmi tədqiqatların nəticələrinin
xalq təsərrüfatına tətbiqi, elmin istehsalatla
effektiv əlaqələrinin həyata keçirilməsinə
yönəldilməsi idi. Heç şübhəsiz ki, bu
qeyd olunanlar qədim Azərbaycan elminin və Azərbaycan
Elmlər Akademiyasının tarixi baxımdan əldə
etdiyi nailiyyətlərin cüzi bir hissəsidir. Beləliklə, elmi-tədqiqat işlərinin
müsbət nəticələrinin sənaye və kənd təsərrüfatına
tətbiqi özü zamanın tələbinə
çevrilməkdə idi. Elə buna görə də Azərbaycan
Elmlər Akademiyasının ilk yaradıcıları,
dünyanın bir çox ölkələrində
tanınan görkəmliа akademiklərin yekdil rəyi
ilə respublika elminin yayılma arealını daha da
genişləndirmək, mərkəzdən uzaq əraziləri
də əhatə etmək qərarı qəbul edildi. Və
nəhayət, 1972-ci ilin aprelində Azərbaycan Elmlər
Akademiyasının prezidenti, akademik Həsən Abdullayevin
başçılığı ilə SSRI Tibb Elmləri
Akademiysının həqiqi üzvü, Sosialist Əməyi
Qəhrəmanı Mustafa bəy Topçubaşov, akademiklərdən
Əşrəf Hüseynov, Əlisöhbət Sumbatzadə,
Məmməd Arif Dadaşzadə, Vladimir Volobuyev, Şamil Əzizbəyov
və Toğrul Şahtaxtinskidən ibarət Rəyasət
Heyəti ilə birlikdə akademiklərdən Imam Mustafayev,
Mirəli Qaşqay, Cəbrayıl Hüseynov, Əzəl
Sultanov, Müzəffər Abutalıbov, Həsən Əliyev,
Həmid Araslı və digər görkəmli akademiklərin
iştirak etdiyi çox nüfuzlu bir elmi
yığıncaqda Şəki şəhərində Azərbaycan
Elmlər Akademiyasının Şəki Zona Elmi
bazasıа yaradılması
haqqında qərar çıxarılır. Belə bir sual ola bilər ki, Azərbaycan Elmlər
Akademiyasının Rəyasət Heyəti elmin başqa
regionlarda da inkişaf etdirilməsi tədbirini nə
üçün ilk növbədə Şəkidən
başlamağı məqsədə uyğun hesab edib ? Belə bir seçimin əsas səbəblərindən
biri kimi Şəkinin qədim tarixə malik olması ilə
yanaşı, burada, xalqımızın milli adət-ənənələrinin
nisbətən daha çox qorunub saxlanması, tarixi,
arxeoloji, etnoqrafik, folklor, sənətkarlıq, dil, ləhcə,
yeraltı və yerüstü təbii sərvətlərlə
zəngin olmasına baxmayaraq, onların bir o qədər də
yaxşı öyrənilməsi ilə yanaşı sonuncu
yüzilliklərdə burada elm, mədəniyyət, incəsənət
sahəsində bir çox görkəmli şəxsiyyətlərin
yetişməsi də mühüm rol oynamışdır.
Digər tərəfdən burada kifayət qədər elmi dərəcəli
və yüksək ixtisaslı kadrların olması və ipəkçilik
daxil olmaqla, digər kənd təsərrüfatı məhsulları
istehsalında bölgənin respublikada aparıcı
mövqeyi də öz təsirini göstərmişdir. Bu qeyd olunanlarla yanaşı Azərbaycan Elmlər
Akademiyasının o vaxtkı prezidenti SSRI Elmlər
Akademiyasının müxbir üzvü,
yarımkeçiricilər fizikası sahəsində
tanınmış alim, mərhum Həsən Abdullayev Şəkidən
SSRI Ali Sovetinə deputat seçilmişdi. Seçicilərin deputatla keçirilən
görüşlərində Şəkidə Akademiyanın
hər hansı bir şöbəsinin yaradılması
xahişi də yəqin ki, belə bir addımın
atılmasında müəyyən rol oynamışdır.
Burada bir qədər Şəkinin qədim tarixinə aid əldə
olunan sonuncu onilliklərin materiallarını oxuculara az da
olsa xatırlatmaq yerinə düşərdi. Məlumdur ki, Şəkinin qədim tarixinə aid məlumatlar
çox azdır. Bunu Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, Şəkinin
keçmişini çox diqqətlə öyrənən mərhum
prof. Mahmud Ismayılа
da xüsusi qeyd edir. Şəkinin qədim orta əsrlər və sonuncu
yüzilliyə qədərki tarixinə aid bir neçə
kitabın müəllifi (лAğ yapıncı╗, лSənin ulu
baban╗, лŞəki və Şəki xanlığı╗),
qocaman tədqiqatçı alim belə bir qənaətə
gəlib ki, müasir Şəki şəhərinin əsası
e.ə.VII əsrdə, yəni təxminən 2700 il bundan
qabaq saklar tərəfindən qoyulmuşdur. Vaxtilə
Sakasena və ya Şakaşen adlanan bu yerin adı müasir
şəklə düşənə qədər uzun təkamül
yolu keçmişdir. Ərəb istilaları ərəfəsində
Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi
əhəmiyyətli şəhərlərindən biri idi. Hələ e.ə. və eramızın I əsrində
Şəki rayonu arxeoloqların Yaloylu təpə mədəniyyəti
adlandırdıqları maddi mədəniyyətin
yayıldığı ərazidə yerləşmişdi. Şəkinin ticarət və sənətkarlıq mərkəzindən
birinə çevrilməsi burada V-VII əsrlərdə ipəkçiliyin
inkişafı ilə əlaqələndirilir. VII əsrin ortalarında Azərbaycan ərəb xilafətinin
hücumuna məruz qaldı. Ərəblər ön Asiya
ölkələrini zəbt etdikdən sonra Azərbaycana
soxuldular. Ərəb qoşunları Ermənistan ərazisini,
Beyləqanı, Şamxoru, Qəbələni tutandan sonra
УŞəkkan hökmdarı ilə xərac vermək şərti
ilə sülh bağladıФ. Buradan məlum olur ki, VII əsrdə
Şəki müstəqil knyazlıq idi və ərəb
xilafətinin hakimiyyətini qəbul etməyə məcbur
olmuşdu. Ərəb hakimiyyəti dövründə də
Şəki öz muxtariyyətini qoruyub saxlaya bilmişdi. IX-XI əsr ərəb müəllifləri Şəki
haqqında maraqlı məlumat verirlər. Məsudi yazır
ki, Şəki Tiflisdən Dərbəndə keçən
dağ yolu üzərindədir. УHüdud-əl ələmФ
əsərinin müəllifinə görə Şəki
böyük şəhər olub çox zəngin idi. XIV əsrin I yarısında Hülakülər
dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar
dövləti ilə yanaşı Şəki də müstəqillik
qazandı və Orlat nəsli hakimiyyətə gəldi. Lakin
XIV əsrin sonlarında Şəki Teymurləngin hücumuna
məruz qaldı. Şərafəddin Yəzdinin verdiyi məlumata
görə, 1386-cı ildə Teymurləngin qoşunları
Şəkini qarət etdikdən sonra Qəbələdə
düşərgə salaraq, burada uzun müddət
qaldılar. Teymurləngin ölümündən sonra, Şəki
yenə də müstəqillik qazandı. O,
Şirvanşahlar və Gürcüstan dövləti ilə
dostluq münasibətində idi. Şəki ilə ittifaqda
olan Gürcüstana göndərilən cəza dəstələri
də Şəkiyə çox ziyan vurdular. 1441 - ci ildən 1551 - ci ilə qədər 110 il
müddətində Şəkini Qara Keşiş
oğluа nəsli idərə
edirdi. Rəvayatə görə albanЦxaçpərəst
olan Qara Keşiş oğlu varlı kənd keşişi
idi. Sülalənin əsasını onun oğlu Candar
Keşişoğlu qoymuşdu. O, müsəlmanlığı
qəbul edərək ozünü Əlican
adlandırmışdı. XV əsrdə Şəki hakimləri ilə Kaxetiya
çarlığı arasında dostluq münasibətləri
olmuşdur. Lakin bəzən onların arasında
toqquşmalar da baş verirdi. Şəkinin XV əsr iqtisadi və ictimai həyatına
dair material çox azdır. Şəki əyalətində
kənd təsərrüfatı, xüsusilə ipəkçilik
inkişaf etmişdi. Əhalinin etnik tərkibi artıq sabitləşmişdi.
Qədim yerli əhali olan albanların böyük əksəriyyəti
Azərbaycan xalqının tərkib komponenti olmuşdu. 1521 - ci ildə Kaxetiya çarı
Levan (mənbələrdə Ləvənd
adlandırılır) Şəki üzərinə hücum
etdi. Şəki hakimi, bu zaman Naxçıvanda olan Şah
Ismayıla müraciət edərək kömək istədi.
Səfəvilərin vassallarından olan Kaxetiya çarı
Levan Şah Ismayılın yanına gələrək
günahından keçməsini xahiş etdi (onunla birlikdə
digər gürcü hökmdarları da Şah
Ismayılın düşərgəsinə gəldilər).
Beləliklə, Şəki Təbriz hökumətinin
vassalı olmaq etibarı ilə öz daxili müstəqilliyini
saxlaya bildi. 1524 - cü ildə Şah
Ismayıl Şirvana, oradan isə Şəkiyə gəldi.
Şəki hökmdarı Həsənаа bəy onu böyük təntənə
ilə qarşıladı. Şah Ismayıl Şəki ilə
Gürcüstan arasında olan yerdə, çox güman ki,
indiki Zaqatala tərəfdə ova çıxdı. Bu ovda
Şəki əyanları da iştirak edirdi. XVII əsrin əvvəllərində Isgəndər Münşinin УTarix-i aləm arayi AbbasiФ
əsərinə istinad edən tədqiqatçı T. Musəvi
qeyd edir ki, Şah Abbas 1617 - ci ildə Osmanlılarla
üçüncü dəfə sülh bağlandıqdan
sonra həmin ilin payızında Şəki vilayətinə
gəlmiş və 1618 Ц ci ilin yazına qədər burada qalmışdır.
O, Şəki hakimliyinə Cəyirli Məhəmməd
Sultanı təyin etdi. (1629 Ц cu ilə qədər
hakim olmuşdur). I Şah Səfi zamanı Şəki
hakimliyi Aslan Sultan adlı bir feodala
tapşırılmışdı. 1650 Ц ci ildə Səfəvilər
sarayında böyük mövqeyə malik olan şəkili
Davudun qardaşı Səfiqulu Şəki vilayətinə məlik
təyin edildi. Onun 15 il davam edən hakimiyyəti
dövründə əhali üzərində yeni
ağır vergilər qoyuldu. 1665 Ц ci ildə Şəki
Şirvan bəylərbəyinə tabe edilmişdi. Lakin bir qədər
sonra hakimiyyətə gəlmiş Şah Süleyman (1667 Ц
1694) Allahqulu Sultanı Şəki vilayətinə məlik təyin
etdi. Köhnə idarə sistemi bərpa olundu. Əhalinin vəziyyəti
pisləşir, istismarın, soyğunçuluğun dərəcəsi
durmadan artırdı. XVII əsrin 70 Ц ci illərinin sonunda vəziyyət
xüsusilə ağırlaşdı. Öz
zülmkarlığı ilə məşhur olan Məlik Həsənin
soyğunçuluğu ucbatından vilayət əhalisinin
xeyli hissəsi öz doğma yurdundan Gürcüstana və
Qarabağa köçməyə məcbur oldu. Nadir şahın dövründə (1736 Ц 47) Şəkidə
Mahmud Ismayıl və Maya Bağırovanın qeyd
etdikləri kimi XVIII əsrin sonu Ц XIX əsrin əvvəllərində
Azərbaycanın daxili və xarici siyasi vəziyyəti
çox mürəkkəb idi. Ölkədə baş verən
ara müharibələri, Rusiya və Iranın Azərbaycana
qəsbkar basqınları ölkəni çox ağır
vəziyyətə salmışdı. Belə bir mürəkkəb
şəraitdə, XIX əsrin əvvəllərində
çar Rusiyası Azərbaycan torpaqlarını
işğal etdi, Azərbaycan xalqının öz dövlət
müstəqilliyini itirməsi kimi ən mürtəce bir
hadisə baş verdi.а Azərbaycan,
o cümlədən Şəki xanlığı, xalqın
sona qədər mübarizə aparmasına baxmayaraq,
çar Rusiyasının müstəmləkəsinə
çevrildi. Beləliklə, Şəkinin qədim tarixə malik
olması ilə əlaqəli yuxarıda qeyd olunan qısa məlumatlardan
sonra, daha bir fikrəЦУsonuncu yüzilliklərdə burada elm,
mədəniyyət, incəsənət sahəsində bir
çox görkəmli şəxsiyyətlərin yetişməsiФ
nə də bir qədər aydınlıq gətirilməsinə
ehtiyac duyulur. Tarixi mənbələrdə qeyd olunduğu kimi, XVIII əsrdə
Şəki, xanlığın siyasi mərkəzi olmaqla
yanaşı, mühüm mədəniyyət mərkəzi
idi, burada mədrəsələr də vardı. Şəkidə
bir çox şairlər yaşayıb,
yaratmışdılar ki, onlardan bəziləri saray şairləri
olmuşdur. Bunlardan Hacı Məhəmməd Zare, Rafei,
Şəki xanı Məhəmməd Hüseyn xan
Müştaq və başqalarını göstərmək
olar. Bu dövrün tanınmış şairlərindən
olan Nəbi şəxsən M. P. Vaqiflə yaxın olmuş
və onunla məktublaşmışdır. Mənbələrdə
qeyd olunur ki, Hüseyn xan Müştaq da Vaqiflə yaxın
münasibətdə olmuşdur. Həmin dövrdə Şəkidə
Süleyman adlı bir şair də yaşamışdır.
Qeyd olunan məlumatlar Şəki xanları nəslindən
olan Kərim Ağa Fatehin УŞəki xanlarının
müxtəsər tarixiФ əsərində daha geniş
şərh edilir.ааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа
аааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа Xanlıqlar dövründə Azərbaycanda rəssamlıq
və memarlıq sənətinin də yüksək səviyyədə
inkişaf etməsinə nümunə məşhur Şəki
xan sarayını göstərmək olar. XIX əsrin görkəmli şəxsiyyətlərindən
söz açdıqda, ilk növbədə göz
önündə böyük Mirzə Fətəli Axundzadə
canlanır. O, Mirzə Fətəli ki, imzası
qarşısında böyük yazıçı,
materialist filosof, inqilabçı demokrat, islam şərqində
realist dramaturgiyanın banisi və Azərbaycan ədəbi tənqidi
fikri inkişafının əsasını qoyan ifadələri
yazılır. Bu dövrün müxtəlif illərində
yaşayıb, yaradan şair və yazıçılar
sırasında Hacı Rəsulun, Kərim Ağa Fatehin
oğlu, УŞuxiФ təxəllüsü ilə tanınan
Mustafa Ağa Şəkixanovun, УŞəməddüzФ
(çarıqçı) təxəllüslü Məhəmmədəmin
Molla Ibrahim Xəlilin, Dəli Bəbirin, Aşıq Novruzun,
Mahtab xanım və Mah xanım, Ismayıl bəy Nakamın,
Molla Cümanın, Rəşidbəy Ismayılovun, Hacı
Həsən Mollazadənin və Rəşidbəy Əfəndiyevin
adları çəkilir. Sonuncu yüzilliyin görkəmli ədəbiyyat, mədəniyyət,
incəsənət xadimləri və alimləri
sırasında isə Salman Mümtaz, Sabit Rəhman, Bəxtiyar
Vahabzadə, Ələsgər Abdullayev, Əlövsət
Sadıqov, Lütvəli Abdullayev, Ismayıl Osmanlı, Yusif
Vəliyev, Hacıoğlu, Cövdət Hacıyev, Şəfiqə
Axundova, Cavanşir Quliyev, Emin Sabitoğlu, akdemiklərdən
Cəbrayıl və Cəlil Hüseynovlar, Əzəl
Sultanov, Qurban Cəlilov, Heydər Əfəndiyev, Mahmud
Ismayıl, Əbdüləzəl Dəmirçizadə,
Fuad Əbdürrəhmanov, Məcid Rəsulov, Zülfuqar
Zülfuqarov, Yusif Əbdürrəhmanov və yüzlərlə
digər elmlər doktorları və professorların
adları iftixarla xatırlanır. Onu da qeyd etmək lazımdır ki, bu siyahı Şəkidən
olan görkəmli şəxsiyyətlərin heç də
hamısı deyil. Inqilab ərəfəsində və ondan
sonrakı ağır illərdə başqa ölkələrə
köçüb, orada yaşayan adlıЦsanlı soydaşlarımız
haqqında məlumatlar olmadığından biz onlar haqda bir
şey yaza bilmirik. |
|
Indi isə Azərbaycan Elmlər
Akademiyası Rəyasət Heyətinin Şəki şəhərində
Zonal Elmi Baza yaradılması haqqındakı qərarını olduğu
kimi oxuya bilərsiz.>>> |
|