Azərbaycan
SSR Elmlər Akademiyasının
Rəyasət Heyəti iclasının
17 li protokolundan çıxarış.
14 aprel 1972 ci il.
.........4. Şəki şəhərində
Azərbaycan SSR Elmlər
Akademiyasının kompleks
zonal elmi bazasının
təşkili haqda.
Azərbaycan SSR ŞəkiZaqatala zonası və Şəki şəhəri zəngin
təbii coğrafi şəraitə malikdir. Bu rayonun əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi nəzər diqqəti cəlb edir. Burada, Sovet dövründə
sənaye, kənd təsərrüfatı və
mədəniyyət əhəmiyyətli
dərəcədə inkişaf
etmişdir. Zonada həmçinin
çoxsaylı tarixi
abidələr cəmləşmişdir.
Çoxsahəli kənd təsərrüfatı,
respublika və ölkə miqyasında ipəkçilik, üzümçülük
də ixtisaslaşmışdır;
taxılçılıq təsərrüfatı,
qoyunçuluq, eləcə
də heyvandarlıq, və quşçuluq əhəmiyyətli dərəcədə
inkişaf etmişdir.
Şəki rayonunda
bərk, güclü buğdadan hər il 2025 min ton taxıl və əhəmiyyətli miqdarda
heyvandarlıq məhsulları
istehsal edən Orcenikidze adına taxılçılıq sovxozu
yerləşir. Burada, SSRIdə
yeganə olan nümunəvi südlükcamışçılıq təsərrüfatı
Daşüz sovxozu yerləşir ki, orada Qafqaz cinsli
camışların damazlıq
özəyi cəmlənmişdir.
Şəki haqlı olaraq ipəkçilik sənayesi şəhəri
adlanır, respublikada ipək parçalar istehsalı üzrə birinci yeri tutur;
böyük xalq təsərrüfatı əhəmiyyətinə
malik digər çoxlu sənaye müəssisələri vardır. Sadalanmış obyektlərin olması
kənd təsərrüfatının
effektivliyinin yüksəldilməsinə
yönəlmiş kompleks
elmi tədqiqatların
aparılmasına imkan
yaradır.
Eyni zamanda qeyd etmək lazımdır ki, Böyük Qafqazın cənub yamacı ərazisi hüdudlarında,
Balakən rayonunun Filizçay ərazisindən
Şəki rayonunun Kiş çayına qədər, ittifaq əhəmiyyətli mispolimetal yataqları aşkar edilmişdir.
Bu
yatağın mis, qurğuşun, sink və bir sıra digər
faydalı qazıntıların
sənaye ehtiyatlarını
genişləndirmək üçün
hal-hazırda böyük
geoloji-axtarış işləri
davam etdirilir. Burada efir-yağlı bitkilərdən
efir yağları istehsalının təşkili
və inkişaf etdirilməsi üçün
böyük imkanların
olması mühüm
xalq təsərrüfatı
əhəmiyyətinə malikdir.
Bunlardan əlavə,
bu zonada ittifaq əhəmiyyətli
Zaqatala qoruğu yerləşir ki, orada da Böyük
Qafqaza birləşən
rayonların zəngin
bitki və heyvanat aləminin qorunması üzrə tədqiqatlar aparılır.
Eyni zamanda Şəki, respublikada mədəni mərkəz,
mütərəqqi fikir
ocaqlarından biri kimi şöhrət tapmışdır.
Şəki şəhəri elm, ədəbiyyat, incəsənət
və maarifin görkəmli təmsilçilərinin
vətənidir. Əhalisinə görə respublikanın
dördüncü şəhəri
olan Şəki şəhəri xalq təsərrüfatının müxtəlif
sahələri üzrə
kifayət qədər
ixtisaslı mütəxəssilərə
malikdir.
Şəki-Zaqatala zonası və Şəki şəhəri tarixi, memarlıq, arxeoloji abidələr və bütöv bir sıra maraqlı etnoqrafiq və diyarşünaslıq obyektləri
ilə zəngindir.
Bununla belə, Şəki və ona birləşən Zaqatala, Qəbələ və digər rayonlarda dağ meşələri məhv
edilir, erroziya prosesləri inkişaf edib; torpaqda mikroelementlərin çatışmazlığı
və ya artıqlığı vardır. Bütün bunlar onları
tədqiq və onlarla mübarizə məsələsinin həllini
tələb edir.
Yuxarıda göstərilən bütün
təsərrüfat məsələlərinin
məcmuyu kənd
təsərrüfatının yerləşməsi və
ixtisaslaşmasına yönəlmiş
kompleks tədqiqatlar aparılmasını, yerli
xammal və zonanın tələbləri
əsasında yeni sənaye müəssisələrinin
yaradılması yolu ilə həll edilə bilər.
Indiki dövrdə
Şəki rayonunda kompleks elmi tədqiqat
işləri aparılması
üçün bütün
şərait vardır
ki, buna rayonun məhsuldar qüvvələrinin inkişaf
səviyyəsi əhəmiyyətli
dərəcədə kömək
edəcəkdir.
Azərbaycan SSR Elmlər Akademiyasının
Rəyasət Heyəti
qərara alır:
2. Kompleks zonal elmi
bazasının üzərinə
bütün zona üçün aşağıdakı
problemlərin elmi araşdırılması həvalə
olunsun.
a) Yerli bitki və heyvanat aləmi ehtiyatlarının
öyrənilməsi və
istifadə edilməsi;
təbiət abidələrinin
bərpası;
b) torpaqların məhsuldarlığının yüksəldilməsi və
onların erroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə;
c) zonanın becərilən və perspektiv bitkiləri üzrə genetika-seleksiya
işləri və stasionar tədqiqatların
aparılması;
ç) biogeokimyəvi
əyalətin tədqiqi.
Qafqaz cinsli camışların genetika və fiziologiyasının öyrənilməsi.
Tibbi-bioloji tədqiqatlar aparılması
üçün xətti
təcrübi (laborator)
heyvanların yetişdirilməsi
məqsədi ilə pitomnik yaradılması;
d) Zonanın xalq
təsərrüfatı ilə
əlaqəli bütün
effektiv sahələrinin
inkişaf perspektivlərinin
iqtisadi və coğrafi imkanlarının
öyrənilməsi;
e) Böyük Qafqazın
cənub yamacı zonasının yeraltı sərvətlərinin sonrakı
perspektivlərinin aşkar
edilməsi məqsədi
ilə axtarış işlərinin aparılması,
eləcə də, sənayedə istifadə edilməsi və işlənməsi imkanları
üçün yerli
xammal ehtiyatlarının
öyrənilməsi;
ə)
Tut ipəkqurdu baramasının kompleks fiziki metodlarının tədqiqi, heyvandarlıq və quşçuluqda şüalandırmanın stimullaşdırılması,
3. Azərbaycan SSR Elmlər
Akademiyasının biologiya
elmləri (akad. V.R.Volobuyev), yer elmləri (akad. Ş.A.Əzizbəyov),
fiziki-texniki və riyaziyyat elmləri (akad.Ə.I.Hüseynov) bölmələrinə
tapşırılsın ki,
elmi bazanın direksiyası ilə birlikdə Azərbaycan Elmlər Akademiyasının
Şəki şəhərindəki
kompleks zona elmi bazasının məsarif smetasını,
struktur və tematikası haqda təkliflərini və əsasnaməsini işləyib,
hazırlayaraq on gün
müddətində Azərbaycan
SSR Elmlər Akademiyasının
Rəyasət Heyətinə
təqdim etsinlər.
4. Zona elmi bazasının maliyyələşdirilməsi
Azərbaycan SSR Elmlər
Akademiyasının Fizika
Institutu tərəfindən
həyata keçirilsin.
5. Kompleks zonal elmi
bazasının ştatını
aylıq əmək haqqı fondu 2100 man. olmaqla 20 vahid miqdarında təsdiq edilsin, bununla əlaqədar Azərbaycan SSR Elmlər Akademiyasının Fizika Institutunun əmək haqqı fondu bu məbləğdə artırılsın və
uyğun olaraq aşağıdakı institutların
əmək haqqı fondu azaldılsın; botanika, genetika və seleksiya, zoologiya, torpaqşünaslıq
və aqrokimya, fiziologiya, geologiya, coğrafiya ayda 300 manat olmaq hesabı
ilə.
6. Plan-maliyyə şöbəsinə
(yol. Abuşev Q.Q.) tapşırılsın ki, yuxarıda qeyd olunan elmi-tədqiqat
institutlarının məsarif
smetalarında müvafiq
dəyişikliklər aparsın.
Azərbaycan SSR EA-nın prezidenti H.B.Abdullayev
Protokol şöbəsinin
rəisi
M.A.Isgəndərova
Beləliklə,
Şəkidə Azərbaycan
Elmlər Akademiyasının
kompleks zonal elmi bazası yaradılması
məqsədilə hazırlanan
bu rəsmi sənədləşmədən sonra, yeni bir
mühüm mərhələ
zona elmi bazaya kadr seçilməsi
məsələsi gündəlikdə
dururdu. Ardı
var>>>
|