ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİN YARANMA TARİXİ

Elm həqiqətin inkişaf etdiyi canlı orqanizmdir, deyiblər müdriklər.

Cəmiyyətin inkişafının bütün mərhələlərində elmin müstəsna rolu olmuşdur.

Ayrı-ayrı minilliklərdə elm zamanın tələblərinə uyğun inkişaf etdirilmiş, əsasən fəlsəfə, memarlıq, təbabət, incəsənət ənənələri olan Azərbaycan xalqı da dünya elminin inkişafına öz töhfələrini vermişdir.

Ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan elminin inkişafında köklü dəyişikliklər baş vermiş, respublika elminin geniş hərtərəfli inkişafı proqramı hazırlanmışdır.

Böyük Vətən müharibəsi hələ qurtarmamış Azərbaycan Elmlər Akademiyasının yaradılması, nəzərdə tutulan proqramın həyata keçirilməsinin əsasını təşkil etmişdir. Bu tədbirin həyata keçirilməsində əlbəttə ki, keçmiş ittifaqın arteriyası hesab olunan Bakı neftindən daha çox faydalanmaq məqsədi mühüm rol oynamışdır.

1935-ci ildənа SSRI EA Zaqafqaziya filialınınа Azərbaycan bölməsinin SSRI EA-nın Azərbaycan filialına çevrildiyi zaman onun tərkibində kimya, botanika, zoologiya, tarix, etnoqrafiya arxeologiya, dil ədəbiyyat institutları, geologiya, fizika, energetika, torpaqşünaslıq sektorlarının fəaliyyətə başlaması gələcəkdə burada elmin bütün sahələrinin inkişaf etdiriləcəyindən xəbər verirdi.

Artıq 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılmış on beş nəfərdən ibarət Akademiyaya həqiqi üzv seçilmişdir. Akademiyanın ilk prezidenti M.A.Mirqasımov da həmin il bu yüksək vəzifəyə seçilmişdir. Ondan sonrakı illərа Akademiyaya Y.H.Məmmədəliyev, M.M.Əliyev, Z.I.Xəlilov, R.Q.Ismayılov, H.B.Abdullayev, E.Y.Salayev, F.Q.Maqsudov başçılıq etmişlər. Hazırda akademik M.Kərimov Akademiyaya rəhbərlik edir.

Şəki Regional Elmi mərkəzinin yaradılması mərhum akademik SSRI EA-nın müxbir üzvü Həsən Abdullayevin adı ilə bağlıdır.

1972-ci ildə Fizika Institutunun tabeliyində Şəki zona Elmi Bazası kimi fəaliyyətə başlayan bu quruma elmin son illərdə əldə etdiyi nailiyyətləri istehsalata tətbiq etməklə sənaye kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində geniş elmi-tədqiqat işlərinin aparılması tapşırılmışdır. Eyni zamanda Zona Elmi Bazanınа işlərinə köməklik məqsədilə Fizika Institutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru M.E.Bəkirov Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə müəssisəyə kurator təyin edilmişdir.а Zonal Elmi Baza Azərbaycan EA-nın yeddi institutu ilə birgə Şəki-Zaqatala zonasının 6 rayonunda elmi araşdırmalarınа aparılmasını planlaşdırmışdı.

Şəkidə, qədim tarixə malik ipəkçilik sənayesini daha geniş inkişaf etdirmək üçün, fiziki amillərin ipəkçilikdə rolu məsələlərini öyrənmək məqsədilə bir neçə istiqamətdə təcrübələr nəzərdə tutulmuşdu.

Bütün canlı orqanizmlərdə olduğu kimi tutа ipəkqurdu da müəyyən müddət (təxminən 12-15 il) keçdikdən sonra qocalır, məhsuldarlığı getdikcə azalır. Ona görə vaxtaşırı sənayeni yeni yüksək məhsuldar cins hibridlərlə təmin etmək lazım gəlir. Bununla yanaşı baramanın yeni üsullarla açılması, tutа ipəkqurdununа fiziki üsullarla boğulması, baramaçılıqda məhsuldarlığın artırılması məqsədilə yeni biostimulyatorlardan hormon preparatlarından istifadə olunması, maqnit sahəsinin məhsuldarlığa təsiri s. məsələlərin araşdırılması fizika qrupunaа həvalə olunmuşdu.

Şəki-Zaqatala bölgəsi təbii sərvətlərlə zəngin olduğundan bunlar da geniş hərtərəfli öyrənilməliа onlardan daha səmərəli istifadə olunması məqsədilə elmi surətdə əsaslandırılmış təkliflər hazırlanmalı idi.

Bu məqsədlə, bölgənin mədəni yabanı meyvə giləmeyvə bitkilərindən ibarət genofond bağınınа yaradılması işinin icrası Genetika Seleksiya Institutu ilə birlikdə aparılması nəzərdə tutulmuşdu. Botanika qrupu isə bölgənin efiryağlı bitkilərininа öyrənilməsini öz tədqiqat planlarına daxil etmişdi. Bitkilərin ziyanvericilərini öyrənib onlara qarşı mübarizə tədbirlərinin hazırlanması Zoologiya Institutu əməkdaşları ilə birgə yerinə yetirilməli idi. Torpaqşünaslıq Institutunun əməkdaşları ilə birlikdə torpaq örtüyü, onlardan daha səmərəliа istifadə etmək məqsədiləа torpaq xəritələrinin hazırlanması işi nəzərdə tutulurdu.

Şəki-Zaqatala bölgəsi bu qeyd olunanlarla yanaşı yeraltı sərvətlərlə а zəngindir. Böyük Qafqazın cənub yamaclarında Filizçay Katex polimetal yataqlarının digər bunlara bənzər faydalıа qazıntı yataqlarınınа aşkar olunması bölgənin geolo·i baxımdan daha çox əhəmiyyət kəsb etməsinə dəlalət edirdi.

Eyni zamanda ərazinin inşaat materialları ilə kifayət qədər zəngin olması yerli inşaatа materiallarının öyrənilməsi onlardan səmərəli istifadə məsələləri geologiya qrupu qarşısında qoyulan vəzifələrdən idi.

Coğrafiya Institutu ilə birgə əməkdaşlıq şəraitində Şəki-Zaqatala zonasının selli çayları onların öyrənilməsi selə qarşı mübarizə tədbirlərinin hazırlanması vəzifələri yerinə yetirilməli idi.

Şəki-Zaqatala bölgəsi zəngin təbii sərvətlərə malik olmaqla yanaşı, ondan da qiymətli mənəvi sərvətə: söz, ləhcə, şivə, qədim adət-ənənəni, sənətkarlıq mətbəx möcüzələrini özündə cəmləşdirən, folklor örnəklərinə malikdir. O folklor örnəkləri ki, onlar minilliklər boyu vaxtaşırı aparılan hər şeyi yerlə-yeksan edən dağıdıcı müharibələrə mərdliklə sinə gərmiş, məhv olmayıb, tarix boyu xalqımıza qarşı törədilən zorakılıq cinayətləri yaddaşlardaа qoruyub, saxlaya bilmiş, zaman-zaman cilalanaraq, daha da zənginləşmişdir.

Çox təəssüflər olsun ki, hər xalqın öz tarixi keçmişinin öyrənilməsi baxımından çox böyük əhəmiyyət kəsb edən bu qiymətliа mənəvi sərvət müxtəlif səbəblərdən lazımınca tədqiq edilməmiş, kifayət qədər öyrənilməmişdir.

Bu səbəbdən olan mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə 1989-cu ildən elmi bazada folklorşünaslıq el sənətləri laboratoriyası yaradıldı.

Yuxarıda qeyd olunan elmi-tədqiqat işləri Zona Elmi Bazanın Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi planlar üzrə nəzərdə tutulan işlərdir.

Qeyd etmək lazımdır ki, bir-iki hal istisna olmaqla, icrası elmi mərkəz qarşısında qoyulan bütün elmi-tədqiqat işləri vaxtınqda lazımi səviyyədə yerinə yetirilmişdir. Cəmi bir nəfər elmlər namizədi 20 nəfər işçiа ilə fəaliyyətəа başlayan Zona Elmi Baza 1995-ci ildən Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 16.04.95-ci il 13/1 saylı qərarı ilə Şəki Regional Elmi Mərkəzinə çevrildi. Hazırda Elmi Mərkəzdə yeddi laboratoriya fəaliyyətа göstərir. Elmi Mərkəzdə yetmiş nəfərə yaxın işçi çalışır ki, onlardan üç nəfəri elmlər doktoru, on üç nəfəri elmlər namizədidir. Fəaliyyətə başladığıа gündən indiyədək mərkəzdə 9 namizədlik 1 doktorluq dissertasiyası müdafiəа edilib. 2 nəfər dissertantа elmi işlərini yekunlaşdırmaq üzrədir.

Əldə olunan bu nailiyyətlərdə mərhum akademik Həsən Abdullayevin Elmi Mərkəzə uzun müddət kuratorluq etmiş professor Məmmədemin Bəkirovun müstəsna xidmətləri əməkdaşlarımız tərəfindən həmişə, hər bir tədbirdə qeyd olunur xatırlanır.

Eyni zamanda Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin onun müvafiq bölmələrinin qayğı diqqətini daim hiss edən Elmi Mərkəz əməkdaşları əldə olunan hər hansı bir nailiyyəti bütövlükdə Akademiyanın nailiyyəti hesab edir.аа ааааааааа(ardı var)>>>

аааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа

ааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа а<<< anasəhifə

 

Используются технологии uCoz