Böyük Qafqazın cənub yamacının regional geokimyəvi

аxüsusiyyətləri ilə landşaftının geokimyəvi xüsusiyyətləri

аarasında əlaqənin öyrənilməsi

 

BÖYÜK QAFQAZIN CƏNUB YAMACININ

аOGUZ VƏ QƏBƏLƏ RAYONLARI ƏRAZISININ LANDŞAFTININ

аGEOKIMYƏVI XÜSUSIYYƏTLƏRI

 

 

 

 

ааааааааааааааааааааааааааааааааааааа ETİ-nin rəhbəri, g.m.e.d.ааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа Z.M.Əlizadə

 

 

 

ааааааааааааааааааааааааааааааааааааа Laboratoriya rəhbəri, g.m.e.n.аааааааааааааааааааа аааааааааааааа ааааааааааааааH.L.Mustafabəyli

аааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа

 

 

 

REFERAT

 

 

Hesabatа 19 səh, 2 cədvəl, 14 ədəbiyyat.

MIKROELEMENTLƏR, LANDŞAFT, TORPAQ, BITKI, GEOKIMYƏVI ƏLAMƏT, BIOLOJI MƏNIMSƏNILMƏ ƏMSALI

 

ааааа 2008-ci ildə ŞREM-in Geokimya laboratoriyası tərəfindən yerinə yetirilən УOguz və Qəbələ rayonları ərazisinin landşaftının geokimyəvi xüsusiyyətləri ilə regional geokimyəvi xüsusiyyətləri arasındakı əlaqə araşdırılmışdır. Ərazidə mövcud olan landşaft növlərinin geokimyəvi rejim və iqlim tiplərinə müvafiq bölgüsündə bir sıra dəyişikliklər aparılmışdır.

Elmi-tədqiqat işlərinin nəticəsi olaraq Oğuz-Qəbələ rayonlarında əsas landşaft növü- Qarışıq dağ-meşə növü, Antropogen təsir nəticəsində qurulan və pozulan landşaft növləri müəyyənləşdirilmişdir. Torpaq növlərinin landşaft növləri ilə əlaqəsini əks etdirən bölgüyə görə burada 8-növ torpaq ayrılır. Bunlardan alçaq, orta və yüksək dağlıq ərazinin öz bütövlüyünü qoruyan landşaftının qara qonur, qonur və boz qonur torpaqları üstünlük təşkil edir. Onların tərkibində Fe miqdarı normaldır. Alçaq dağlığın qismən pozulmuş landşaft tipinin boz-qonur torpaqlarında isə- Mn-ın miqdarı yüksək olur.

Torpaqların mikroelement tərkibləri ərazidə yayılan gil şistlərinin tərkibinə daha yaxın olmaqla qərarlaşmış fon səviyyəsinə uyğun olaraq dəyişilir.

Bitkilər öz orqanları vasitəsi ilə ya normal miqdarda mikroelement toplayır ya da zəruri olan şəraitdə çox və ya az miqdar mikroelement toplamaqla torpaqda olan mikroelementlərin miqdarlarının normal hüdudlarında saxlamağa şərait yaradırlar.

Torpaqlarda Ni elementlərinin stabil və yüksək miqdarı sağlam landşaft növləri üçün xarakterikdir. Nisbətən pozulmuş landşaftlarda Ni miqdarı azalır Ba, Sr, Mn, B, Pb elementlərinin də miqdarı böyük hüdudlarda dəyişir.

 

 

 

GIRIŞ

 

 

Böyük Qafqazın cənub yamacının regional geokimya məsələləri XX əsrin 70-ci İllərindən başlayaraq ətraflı surətdə öyrənilmişdır. Gil şistləri və qum daşlarindan ibarət Yuranın orta və üst laylarından götürülmüş nümunələrin tərkibi 1976-82 ci illərdə makro və mikro tərkibinə görə təyin edilmişdir. Makroelementlərdən Fe, Si, Al, Ca, Mo, Na, K və bir sıra orta faiz göstəriciləri ilə fərqlənən Ti, Mn, Ba, Sr, Rb, S - da təyin olunmuşdur. Makroelementlər rentgen-spektral üsulla təyin edilmişdır. Orta və mikroelementlər (Co, Ni, Cr, V, Mg, B, Ga, Cu, Pb, Zn) isə DSF-B spektrometri vasitəsi ilə yerinə yetirilmişdir. Yura çöküntüləri üzərində yerləşən torpaq, qatı və bitki növlərində də, eyni kimyəvi elementlər təyin olunmuşdur. Oğuz və Qəbələ rayonları ərazisində aparılan regional geokimyəvi və landşaftın geokimyəvi tədqiqatları Daşağılcay, Kalaçay (Oğuz rayonu) Bumçay, Dəmiraparançay və Vəndamçay çay dərələrində öyrənilmişdir.

Şəki və Qax rayon ərazisinə uyğun olaraq əsas yeri qara və tünd boz gil şistləri 30%-ə qədərini qum daşları və gilli-alevrolitler və 10%-ə yaxın hissəsini isə əhəngli qum daşı və əhəngli gil şistləri təşkil edir [14].

а2008-ci ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsində Oğuz Qəbələ rayonları ərazisində landşaft növlərinin geokimyəvi xüsusiyyətləri aparılmışdır. Mövcud olan landşaft növləri ilə iqlim tipləri və hündürlük qurşaqları arasındaki əlaqələri (landşaft tərkibindəki ağac və kol növlərinə görə) muəyyənləşdirməyə cəhd olunmuşdur.

Oğuz Qəbələ rayonlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsində litokimyəvi amillərin qiymətləndirilməsinə xüsusi diqqət verilmişdir.

Landşaft tipləri və struktur növlərində hansı geokimyəvi əlamət və geokimyəvi rejimin xarakterik olmasını müəyyənləşdirməklə yanaşı burada hansı kimyəvi elementin genetik göstərici kimi istifadə etməyin mümkünlüyünü araşdırmaq və onların təyin olunmasına çalışmaq bu ilin hesabatında qarşıda duran məqsədlərdən biridir. Bundan başqa Feа K kimi landşaft və torpaqda aparıcı olan elementlərin yayılması ilə yanaşı landşaft və torpağın aşınmasını bildirən (Mn,S) elementlər arasındakı münasibətlərin araşdırılmasına böyük ehtiyac vardır.

 

 

 

ƏSAS HİSSƏ

 

Böyük Qafqazın cənub yamacının 2006Ц2007-ci illərdə öyrənilən Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə yanaşı həm də Oğuz və Qəbələ rayonlarıа ərazilərinin də ana süxur və landşaftı arasındakı geokimyəviа xüsusiyyətlərini aydınlaşdırmağa çalışaraq 2008-ci ildə alınan nəticələri ümumiləşdirmək imkanı əldə edilmişdir.

Balakən-Zaqatala rayonları ərazisindəkiа süxurlar daha çox alt və orta Yura dövrünü əhatə edirdi. Bununla yanaşı ərazidə bir sıra polimetalа filiz yataqları yerləşirdi. Qax və Şəki rayonları ərazisində iştirak edən süxurlar içərisində qara gil şistlərinin miqdarı bir qədər azalır və süxurların karbonatlılığı xeyli yüksəlir. Oğuz və Qəbələ rayonları ərazisində də Tufan antiklinorisinin yerləşdiyi strukturda daha çox qum daşları və gil şistlərininаа növbələşməsi yer tutsa da burada da həm süxurların rəngində daha çox boz rənglərə meyllik artır və həm də tərkibində karbonatlılıq bir qədər yüksəlir. Oğuz-Qəbələ rayonları ərazisində Duruca antiklinorisi ərazisində isə dəmir qrupu və filiz elementlərinin müəyyən qədər artımına rast gəlirik [2, 14].

2008-ci ildə tədqiq olunan sahə Oğuz və Qəbələ rayonlarının Daşağılçay-Vəndamçay çay dərələri arasındakı yüksək, orta və alçaq dağlıq ərazilərini əhatə edir.

Yüksək dağlıq sahələr Rusiya sərhəddindən (Dağıstan MR) respublikamızı ayıran suayrıcı xətt bounca Böyük Qafqazın 3000 m-dən yüksək mütləq hündürlüyə malik olan nival və subnival landşaftlı ərazilərdir. Burada Təkəlibaş, Malkamud (Oğuz rayonu), Raqdan, Bazardüzü, Rüstəmbaz və Tufan zirvələri (Qəbələ rayonu) Baş Qafqaz silsiləsinin suayrıcı xəttində yerləşmişlər. Malkamud zirvəsindən cənub şərqə doğru uzanan eyniа adlı tektoniki çat Tufan antiklinorisinin cənubа sərhəddini təşkil edir. Oğuz-Qəbələ rayonları ərazisində bu struktur Bazardüzü antiklinorisi adlanır. Bu struktur Zaqatala-Qax rayonları ərazisində yerləşənа Sarıbaş antiklinorisinin davamını təşkil edir. Burada iştirak edən süxurlar daha çox üst Bayos və Bat mərtəbələrinə aiddir. Boz rəngli qum daşı və gil şistlərindən ibarət olan süxur təbəqələrininа növbələşməsi bu struktur üçün xarakterikdir.

Ərazinin şimal hissəsində Malkamud cənub hissəsində Qaynar dərinlik qırılması ilə əhatələnən sahə Zaqatala-Kovdağ sinklinorisinə aiddir. (Həqiqətdə bu sinklinorini mikrosinklinorium adlandırmaq daha düzgün olardı. Çünki, Qafqaz dağları bütövlükdə makroantiklinorium, Böyük Qafqaz mezoantiklinorium və Böyük Qafqazın hissələri isə mikroantiklinorium sayılmalıdır. Bu baxımdan da Böyük Qafqazın əsasа struktur vahidlərindən olan Zaqatala-Kovdağ sinklinoriumu da mikrosinklinorium adlanacaqdır). Bu strukturda olan süxurlar şimal qanadda üst Yura yaşlı karbonatlı qum daşları və gil şistlərindən ibarətdir. Cənub qanad isə Valanjin yaşlı Təbaşir dövrünə aidа karbonatlıа süxurlardan təşkil olunub.

Qaynar dərinlik qırılmasında cənubda Oğuz-Qəbələ rayonları ərazisindəа çox əhəmiyyətliа mövqe tutan Duruca antiklinorisi yerləşir. Bu antiklinori əvvəllər Kaxetiya- Vəndam antiklinorisi adlanırdı və burada olan kiçik antiklinal struktura bu ad verilirdi. Son zamanlar Duruca antiklinorisi (mikroantiklinorisi) dedikdə ərazinin alçaq dağlığını əhatə edən dağətəyi struktur nəzərdə tutulur. Burada tağ hissədə orta Yura yaşlı süxurlar yer səthinə çıxır və onun üzərində üst Yura və Təbaşir çöküntüləri cənub hissədən onun üzərini qeyri ardıcıllıqla, yəni tektoniki pozulmalar vasitəsi ilə örtmüşdür.

Suayrıcı silsilədən cənuba doğru təxminən 2700 m mütləq səviyyəyə qədər olan ərazilər nival və subnival landşaftla xarakterizə olunur. 2700-2000 və bəzi yerlərdə 1800-1700 m-ə qədər olan ərazilər dağ alp çəmənləri və yaxud subalp çəmənliklərdən təşkil olunmuşdur. 1800-600m mütləq hündürlüklər arasında isə Böyük Qafqazın cənub yamacı üçün xarakterik olan dağ meşə qurşağı yerləşir. İstər yüksək dağlıq və istərsə də orta dağlıq ərazilərdə dağın cənub yamacı orta hesabla 20-250-lik meylliyə malik olur. Bəzi yerlərdə 30-350-yə yaxın olan meyillik müşahidə edilir. Belə ərazilərdə dağ çaylarına doğru enən yamacların meşə örtüyü nisbətən seyrəkləşir. Alçaq dağlıq ərazilərdə və dağətəyi zonalarda meyillik bir qədər də azaldığından meşə örtüyü bir qədər qalınlaşır.

Mütləq hündürlüyü 1000m-dən aşağı olan sahələrdə orta dağlığın meşə landşaftıyerləşir. Bəzi yerlərdə onun aşağı sərhəddi 600m-ə qədər təşkil edir. Bu ərazidə olan çökmə süxurlar ya üst Təbaşir çöküntüləri (əhəngli gil şistləri və ya mergellər) ya da Daşağılçay-Vəndamçay ərazisində axan çayların gətirmə konuslarıdır (IV dövr). Sonuncuların daha çox təşəkkül tapdığı ərazilərdə meşə çöl landşaftı əsas yer tutur. İnsanlar tərəfindən təsərrüfat fəaliyyətinə cəlb olunub bu sahələrin 80%-ə qədərini indi antropogen landşaft tutur. Gətirmə konuslarının və çay yatağı allüviyal çöküntülərin tərkibi Yura və Təbaşir dövrünün qırıntı süxurlarından təşkil olunduğundan onların geokimyəvi tərkibi də xüsusiyyətlərinin ərazinin landşaftının geokimyəvi xüsusiyyətləri arasındakı əlaqələri müəyyənləşdirmək imkanı əldə edilir. Beləliklə, Oğuz-Qəbələ rayonları ərazisindəki landşaft tiplərini və yaxud yarımtiplərini aşağıdakı kimi müəyyənləşdirə bilərik.

1.      Yüksək dağlığın nival - subnival landşaftı Ц 3000m-dən artıq yüksəkliklər.

2.      Yüksək dağlığın alp çəmənlikləri landşaftı - 2500-3000m

3.      Yüksək və orta dağlığın subalp çəmənlikləri landşafı Ц 1800-2500m

4.      Orta dağlığın dağ-meşə landşaftı Ц 1000-1800m

5.      Alçaq dağlığın dağ-meşə landşaftı Ц 600-1000m

6.      Alçaq dağlığın meşə-çöl landşaftı -500-600m

7.      Alazan - Həftəran vadisinin meşə-çöl landşaftı Ц 300-500m

8.      Alazan - Həftəran vadisinin antropoloji landşaftı -300-500m

Oğuz-Qəbələ rayonları ərazisindəаа iştirak edən dağ-meşə landşaftının struktur tərkibinə görə və əməkdaşlarımızın mülahizələrinə əsaslanaraq onların aşağıdakı növlərini fərqləndirməyi lazım bilirik.

1.      Kontrastlı dağ-meşə landşaft növü

2.      Assosiativ dağ-meşə landşaft növü

3.      Yarımçıq dağ-meşə landşaft növü

4.      Relikt dağ-meşə landşaft növü

5.      Qarışıq dağ-meşə landşaft növü

6.      Yekcins dağ-meşə landşaft növü

7.      Antropogen təsir nəticəsində pozulmuş landşaft növü

8.      Antropogen təsir nəticəsində qurulan landşaft növü

2006Ц2007-ci illərin hesabatlarında biz landşaftların bölgüsündə yayla tiplərinə diqqət yetirməmişdik. Bu səbəbdən 2008-ci ildə də yayla sahələrinin landşaftlarını ayırmamışıq. Bununla belə istər alçaq və istərsə də orta dağlıq yayla sahələrin landşaftları fərqləndirilməsinə ehtiyac vardır. Bu ehtiyac həm də Şəki-Zaqatala bölgəsindəki landşaft yarımtiplərinin mövcudluğu ilə bağlıdır. Məlum olduğu kimi tala landşaftı alçaq və orta dağlıq ərazilərdə olan kiçikа düzən yayla sahələridir. Bu tipli yayla sahələr-talalar daha çox bitkilərin struktur quruluşuna görə də digər ərazilərdən fərqlənir [3,4,6].

Ümumiyyətlə, Böyük Qafqazın cənub yamacının landşaft bölgüsündə biz sinif, tip, yarımtip, qrup vəа nəhayət, növlərə çeşidlənmə prinsipindən istifadə etməyə üstünlük vermişik [7,9].

Siniflərə görə bölgüdə yüksəklik qurşaqları əsas götürülmüşdür. Alçaq, orta və yüksək dağlıq qurşaqların landşaft örtüyü.

Tiplər üzrə olan bölgüdə geoloji struktur və yaxud geomorfoloji prinsip əsas götürülmüşdür.

Yarımtiplərin bölgüsündə relyef forması: yamac, yayla, çay dərəsi fərqləndirilir.

Qruplar üzrə olan bölgüdə süxurların litoloji tərkibi və onunla əlaqədar olan yarğanlar, terraslar, strukturlar əsas yer tutur.

Landşaft növlərinin bölgüsündə isə yenidən geoloji strukturların konket nümunələri əsasа götürülür. Məsələn, kiçik antiklinal və ya sinklinal qırışıqlar burada mühüm əhəmiyyət kəsb edə bilər.

Tədqiqat aparılan ərazidə cənub yamacın çay dərələri əsas tədqiqat obyekti olsa da, Şəki rayonunun orta dağlıq meşə qurşağının əksər cığır və yolları da vizual surətdə tədqiq olunmuşdur.

1.      Daşağılçay çay dərəsi Ц Oğuz rayonu

2.      Qalaçay çay dərəsi Ц Oğuz rayonu

3.      Bumçay çay dərəsi Ц Qəbələ rayonu

4.      Dəmiraparançay çay dərəsi ЦQəbələ rayonu

5.      Vəndamçay çay dərəci Ц Qəbələ rayonu

Yuxarıda göstərilən kəsilişlərdən süxur, torpaq və bitki materialları götürülərək makro və mikroelement tərkibləri öyrənilmişdir (1976-82-ci illər). Onlarda olan geokimyəvi və biogeokimyəvi xüsusiyyətləri öyrəndikdən sonra uyğun hesabatlarda bu materiallardan istifadə olunmuşdur. 2008-ci ilin tədqiqat planına uyğun olaraq onlardan regional geokimyəvi və landşaft geokimyəvi xüsusiyyətlərinin müqayisəsində istifadə olunmuş və mümkün olan qanunauyğunluqları aşkarlanmışdır. Süxur, bitki və torpaq nümunələrində kimyəvi elementlər həm makro və həm də mikroelement tərkibi öyrənilmişdir. Mikroelement tərkibi Moskvanın Bronnitsı geokimyəvi ekspedisiyasında, makroelement tərkibi isə Azərbaycan EA Geologiya İnstitutunda aparılan analizlərdə müəyyənləşdirilibdir. Mikroelement tərkibinə daxil olan elementlər Ц Ba, Sr, Cu, Pb, Zn, Co, Ni, Cr, V, B, Ga, Mo və s. Mikro və orta elementlərin tərkibinə isə Na2O, K2O, CaO, MgO, Al2O3, Fe2O3, SiO2 , MnO2 , P2O5 aiddirlər.

Böyük Qafqazın cənub yamacındaа kimyəvi elementlərin regional geokimyəvi xüsusiyyətləri həm bioloji və həm də stratiqrafiq olaraq aşağıdakı şəkildə xarakterizə olunur.

Litoloji nöqteyi nəzərdən Balakən-Zaqatala, Şəki-Qax və Oğuz-Qəbələ rayonları ərazisində gil şistləri, qum daşları və karbonatlı süxurların miqdarı 60-70%, 50-60%, 55-65%, -gil şistləri, 20-30%, 25-35% və 30-40% qum daşları və 0-5%, 5-10%, 5-10% karbonatlı süxurlar kimi qəbul olunur.

Bütün gil şistləri üçün Cu, Pb, Zn, Co, Ni, Cr, V, Al2O3, Fe2O3 Цmikro və makroelementlərinin nisbi yüksək miqdarları xarakterikdir. Qum daşları üçün- SiO2-nin, karbonatlı süxurlar üçün isə CaO, MnO2, Sr- komponentlərinin yüksək miqdarları xarakterikdir. Ba, B, Ga, Mo, Na2O, K2O, MgO, P2O5 mikro və makrokompanentləri həm gil şistləri, həm qum daşları və həm də karbonatlı süxurlarda geoloji xüsusiyyətlərlə bağlı olaraq müxtəlif ərazilərdə və strukturlarda dəyişilə bilər. Vulkanogen mənşəli qırıntı materiallarının süxur tərkibində iştirak etməsi burada MgO,B komponentlərinin miqdarının yüksəlməsinə səbəb olur. Ba, Ga, Mo, Na2O, K2O kimi komponentlər isə süxur əmələgətirici xüsusiyyətlərdə daha doğrusu buradakı terrigen çöküntü materiallarının gətirilmə mənbələri ilə bağlıdır [8].

Stratiqrafik bölgü ilə əlaqədar olaraq kimyəvi elementlərin süxurlarda tipomorf səciyyələnməsi Yura dövrünün Цaalen, bayos, bat və titon mərtəbələri üçün aşağıdakı kimidir.

Aalen çöküntüləri Cu, Pb, Zn- elementlərinin nisbi miqdarlarının yüksəkliyi ilə fərqlənir. Bayos çöküntülərində Co, Ni, Cr, SiO2, - komponentləri daha səciyyəvi xarakterə malikdir. Bat mərtəbəsinə aid çökünüləri Ц Al2O3,, üst Yuranın kimeric yaşlı süxurları Ц Fe2O3, V- elementlər ilə və Titan yaşlı çöküntüləri isə CaO, MgO,а Sr, Ba komponentləri ilə daha çox zəngindir. Na2O, K2O, B, Ga elementləri hər hansı bir stratiqrafik bölgü ilə bilavasitə əlaqədar olmadığı məlum edilmişdir.

Regional geokimyəvi bölgüdə də müəyyən qanunauyğunluqlar müşahidə olunur. Məsələn, Balakən-Zaqatala rayonları ərazisində biz Cu, Pb, Zn elementlərinin daha çox toplanmasını və onların Qax, Şəki, Oğuz və Qəbələ istiqamətində tədricən azaldığının şahidi oluruq. Qax və Şəki rayonlarında Sr, CaO, MgO, MnO2 komponentlərinin miqdarının yüksəlməsinə rast gəlirik. Oğuz rayonu ərazisində də təxminən uyğun kimyəvi elementlərin paylanmasında oxşarlıq nəzərə çarpır. Qəbələ rayonu ərazisində isə SiO2 komponentlərininа miqdarı yüksəkdir. Ümumi bölgüyə əsasən belə bir qanunauyğunluq müşahidə olunduğu halda regional geokimyəviа qanunauyğunluqları biz həm litoloji və həm də stratiqrafik nöqteyi nəzərdən qiymətləndirmiş olsaq burada başqa vəziyyət alınar.

Gil şistlərində (Orta Yura Balakən-Zaqatala rayonu Cu, Pb, Zn, Co, Ni, Cr, V, Fe2O3 Ц komponentləri, Qəbələ rayonunda- Al2O3, SiO2 komponentləri, Qax-Oğuz rayonlarında Ba, Sr, CaO, MğO, MnO2, P2O5 komponentləri daha böyük miqdarda yayılır. Na2O və K2O-nun miqdarının paylanmasında hər hansı bir fərq duyulmur.

Ümumiyyətlə, biz regional geokimyəvi xüsusiyyətləri Böyük Qafqazın cənub yamacı boyunca qiymətləndirmiş olsaq [1,12,13] bu zaman regional bölgüyə əsasən Balakən-Qəbələ rayonları ərazisi yalnız cənub-şərq qurtaracağı qismində qəbul olunaraq digər ərazilərdən kəskin fərqlənərdi.

Yəni, bu zaman orta Yura yaşlı qara rəngli gil şistləri cənub-qərbi Qafqazda Cu, V, cənubi Qafqazın mərkəzi hissəsi Zn, B, Na2O, K2O, Fe2O3-elementləri və cənub-şərq hissəsi (Balakən-Qəbələ rayonları) Pb, Mo elementləri ilə zəngin olduğu diqqəti cəlb edərdi.

Üst Yura yaşlı çöküntülərdə bu göstəricilər daha çox Azərbaycan ərazisində Pb, Sr, Ba, CaO, MgO komponentlərininа miqdarının artması ilə özünü büruzə verəcəkdir.

Cədvəl 1 də Vəndamçay kəsilişində torpaq və bitki tərkibində mikroelementlərin paylanması q/t-larla göstərilmişdir. Torpaq və bitki nümunələri yüksək orta və alçaq (I,II,III) dağlıq qurşaqları əhatə edir. Bütün qurşaqlarda Ba, Sr, Cu, Zn və B elementlərinin miqdarı bitkilərdə onun bitdiyi torpaqlara nisbətən yüksəkdir. Əksinə Mn, Cr, Ni, Ti, V, Co, Pb-elementlərinin miqdarı bitkilərdə xeyli aşağıdır. Mo- elementinin də ümumən bitkilərdə artır. Beləlikə, Ba, Sr, Cu, Mo, B, Zn elementləri bitkilərdə toplanan, Co, Ni, Cr, V, Ti, Mn, Pb elementləri isə əksinə torpaqlara nisbətən az toplananа komponentlər sırasındadır. Torpaqlara nisbətən bitkilərdə toplanma Sr-da 7-10 dəfə, Ba-da 1-3, Cu-da 2-4, Zn 1.5-3, B-elementində isə 3-10 dəfə təşkil edir. Bitkilərdə kimyəvi elementlərin azalması Mn-da 1-2 dəfə, Gr- 5-9, Ni- 9-10, Ti-8-9, V-da 20-35, Co- 3-6, Pb 5-6 dəfə təşkil edir.

Dəmiraparançay kəsilişində yüksək, orta və alçaq dağlıq ərazilərdə torpaq və bitkilərin mikroelement tərkibinə nəzər salmış olsaq görərik ki, Vəndamçay kəsilişindəkinə oxşar olaraq qanunauyğunluqlar mövcuddur. Burada bitki nümunəsi olaraq həm yüksək, həm orta və həm də alçaq dağlıq qurşaqda dəvədabanı bitkisindən istifadə olunmuşdur. Ba elementi torpaqlardan bitkilərə doğru 1.5-3 dəfə, Sr isə 5-11 dəfə artır. Ba və Cr elementlərinin bitkilərdə toplanması alçaq dağlıq sahələrdə mənimsənilməsi daha da artır. Buradaа Cu və B elementinin də torpaqlardan- bitkilərə doğru müşahidə olunur. Lakin Dəmiraparançay və Vəndamçay kəsilişlərində təsadüf olunan cüzi fərqlər yüksəklik qurşaqları arasında nəzərə çarpsa da kimyəvi elementlərin- Ba, Sr,Cu, Zn, Mo və Bа bitkilərin orqanizmlərində toplanması halı tamamilə dəyişməz qalır. Bizim aldığımız nəticələrdə digər kimyəvi elementlərə aid olan azalmalar (torpaqdan bitkilərə) yenə də dəyişməz olaraq qalır. Cr, Ni, Ti, V, Co, Pb elementlərinin bəzi hallarda bitkilərdə də torpaqlara uyğun olması daha çox yüksək dağlıq sahələr üçün xarakterikdir [5,9].

Vəndamçayın nümunələşdirilmiş torpaqа və bitkilərinin mikroelement tərkibi ana süxurların xüsusi ilə qum mikroelement tərkibi ilə uyğunluq təşkil edir. Məsələn (cədvəl 3-dən göründüyü kimi, yüksək dağlıq ərazidə qum daşları daha çox Sr, Mn, Ni, Cu, Pb, Zn saxlayırlar. Əksinə qum daşlarında B, Cr, Co gil şistlərindən azdır. Bu zaman yaranmış torpaqların tərkibində Mn, Pb elementlərinin qiymətləri qum daşları ilə torpaqlar arasında daha çox yaxındır. Cu,Cr,Co, Zn,B, Ba, Sr daha çox gil şistlərindəki qiymətlərə uyğun gəlir. Deməli torpaq üçün faydalı kompanentlərin əksəriyyəti ona gillərdən daxil olur, qumlar isə torpağı ola bilsin. Daha çox zərərli kompanentləri zənginləşdirmiş olsun. Alçaq dağlıq ərazidə Mn və Gb ilə yanaşı qumların tərkibindəki Mn, Ni elementinin də toplanması daha əhəmiyyətli rol oynadığı müşahidə olunur.

Gil şistləri ilə onların üzərində yaranmış torpaq növlərinin müqayisəsi göstərir ki, əksər hallarda Ba, Sr, Mn, Ni, Cr, Zn elementləri gil şistlərinə nisbət torpaq növlərində çoxа toplanır. Bundan başqa Cu, Pb elementləri torpaqda süxurdan az ola bilər. Bu zaman onların bitkilərdə də toplanmadığını nəzərə almış olsaq deməki bir sıra kimyəvi elementlər təbiətdə-yerin üst qatında ümumi fonundan artıq iştirak etdiyi ərazilərdə coğrafi mühitdən yeraltı və yerüstü sular vasitəsi ilə uzaqlaşdırıırlar. Doğrudan da bir sıra ərazilərdə hansısa bir kimyəvi elementi, göstərilən halda mikroelementlzrin miqdarı orta fondan artıq və yaxud əskik olduqda belə torpaqlarda onların dəyişməsi çox kiçik intervallarda müşahidə edilir. Məsələn Vəndamçay kəsilişində yüksək dağlıq qurşaqda Sr-elementi qum daşlarında xeyli artıqdır və onlar da bitən bitkilərdə də torpağa nisbətən yüksək Sr-lazənginləşmə qeydə alınmışdır. Əksinə Mn elementinin qiyməti bütün qurşaqlarda azdır, lakinа torpaqlarda isə ondan bir-neçə dəfə yüksəkdir. Ümumiyyətlə bitkilərin Cu, B, Zn elementlərini çox topladıqlarını nəzərə alsaq deməli torpaqda onun miqdarı mqəyən hüdudlarda saxlanması üçün bitkilər onun tərkibini müəyyən qədər stabilləşdirirlər. Alçaq dağlıq ərazidə də qum daşlarının gil şistlərinə nisbətən daha çox Mn, Ni, Cu, Pb, Zn elementləri ilə zənginləşdiyini və əksinə B-elementi ilə kasıblaşdığını müşahidə etmişdik. Torpağın tərkibində yayılan bu mikroelementlər yenə də gil şistlərinin tərkibinə çx yaxın olan göstəricilərlə ifadə olunmuşdur. Burada olan nəticələri Ц Balakən-Zaqatala rayonunun eyni tipli yüksəklik qurşağı, litoloji tipi və torpaqları ilə müqayisədə Pb, Cu, Zn-lə nisbətən az zənginləşdiyinin şahidi olarıq. Beləliklə nəzərə çatdırılan cədvəllərdən göründüyü kimi vəа Balakən-Zaqatala rayonunda torpaqlar mikroelement tərkiblərinin tutuşdurulması nəticəsində bizə məlum olmuşdur ki,

1.      Torpaqların mikroelement tərkibində yüksəklik qurşaqları daxilində dəyişmələr çox az müşahidə olunur.

2.      Torpaqların mikroelement tərkibləri ərazidə yayılan gil şistlərinin tərkibinə daha yaxın olmaqla qərarlaşmış fon səviyyəsinə uyğun dəyişir.

3.      Torpaqlarda mikroelementlərin miqdarı süxurlarda kimyəvi elementlərin yüksək olduğu xüsusi sahələrdə, məsələnа Balakən-Zaqatala filiz rayonları ərazisində yerli şəraitə uyğun olaraq zənginləşir.

4.      Qum daşlarının tərkibi ilə bağlı olan yüksək miqdarda mikroelement göstəriciləri və gil şistlərinə uyğun olan anomal miqdar mikroelement tərkibindən dəfələrlə torpağın tərkibinə az nüfuz rtməsi ilə fərqlənir.

5.      Bitkilər öz orqanları vasitəsiilə ya normal miqdarda mikroelement toplayır və yaxud zəruri olan şərautdə çox və ya az miqdar mikroelementlərin miqdarının normal həddə saxlanılmasına şərait yaradırlar.

Tədqiq olunan ərazinin torpaq növlərinin qruplaşmasında 2006 və 2007-ci llərdə birinci növbədə torpaq növləri yerləşən ərazilərin litokimyəvi xüsusiyyətləri mütləq nəzərə almağı məqsədəuyğun hesab rtmişdik. Həmin üsulla torpaq növlərinin qruplaşdırılmasını da məğbul hesab edərək, 2008-ci ildə daha çox landşaftın struktor xüsusiyyətləri ilə torpaq növlərinin qarşılıqlı əlaqəsinə diqqəti yönəltməyi daha əhəmiyyətli saymışıq.

Nəticədə aşağıdakı geokimyəvi xüsusiyyətləri özündə daşıyan torpaq növlərini bir-birindən fərqləndirməyi məqsədəuyğun hesab edirik.

1.      Antropogen fəaliyyət nəticəsində qurulan landşaft tiplərinin qara və qəhvəyi rəngli torpaqları

2.      Antropogen fəaliyyət nəticəsində pozulmuş landşaft tiplərin boz torpaqları (Na-la zəngin).

3.      Alçaq dağlığın öz bütövlüyünü qoruyan landşaft tipinin qara-qonur rəngli torpaq növləri (Fe-lu).

4.      Orta dağlığın öz bütövlüyünü qoruyan landşaftın qara-qonurа torpaqları (Fe-lu).

5.      Yüksək dağlığın öz bütövlüyünü qoruyan landşaftının cimli qara torpaqlarıа (Fe-lu).

6.      Alçaq dağlığın pozulmuş landşaft tipinin qonur-boz torpaqları (Mn-lı).

7.      Orta dağlığın pozulmuş landşaftının boz-qonur torpaqları (V-lu)

8.      Yüksək dağlığın pozulmuş landşaftının cimli boz torpaqlarıа (Al-lu).

Yuxarıda göstərilən qruplaşmanı biz bir sıra torpaqşünas, litoloq, landşaftşünas tədqiqatçıların dünyanın müxtəlif ərazilərinə uyğun olan elmi nəticələrindən istifadə etməklə tərtib etmişik.

Alçaq dağlığın və orta dağlığın öz bütövlüyünü qoruyan landşaft tipinin qara-qonur dağ-meşə torpaqları və yüksək dağlıq hissəsinin cimli qara torpaqlarının mikroelement tərkibi 1 və 2 N-li cədvəllərdə verilmişdir. Cədvələ salınmayan nümunələri də nəzərə almış olaq burada mikroelementlərin miqdarının çox az hüdudlarda dəyişildiyinin şahidi oluruq. Məsələn Ba elementinin miqdarı 170 q/t-dan, 350 q/t arasında, Sr-60 q/t-110 q/t arasında, Mn-elementi 500 q/t-900 q/t arasında, Ti-elementi 1800 q/t- 3800 q/t arasında, B-elementi isə 48 q/t-la 80 q/t arasında dəyişir (Vəndamçay kəsilişi), Ondan (yəni, Vəndamçay kəsilişindən) insanlar tərəfindən dağ meşələrinə bir qədər artıq təsir edilməsi səbəbli yuxarıda göstərilən kimyəvi elementlərin hüdudları Dəmiraparançay kəsilişində xeyli dəyişilir.

Burada Ba elementinin miqdarı yüksək, orta və alçaq dağ-meşə torpaqlarında (qara-qonur, boz-qonur növlərdə)-150 q/t-80 q/t, Sr- elemetinin miqdarı- 80 q/t- 220 q/t arasında, Mn- elementinin miqdarı- 310 q/t- 1000 q/t arasında, Ti-elementinin miqdarı 1700 q/t-3300 q/t, B- elementinin miqdarı isə 36 q/t-84 q/t arasında dəyişilir. Göründüyü kimi Ti- elementindən başqa bütün digər elementlərin miqdarı xeyli dəyişkən hududlarda müəyyən olunmuşdur.

Vəndamçay kəsilişində təyin olunan 20-sınaq nümunəsində Pb-elementinin miqdarı əgər 65-90q/t arasında dəyişirdisə, Dəmiraparançay kəsilişində isə Pb elementinin dəyişmə hüdudları 40-90 q/t arasında dəyişir. Ni-elementinin dəyişmə hüdudları daа xeyli fərqlidir. 45q/t -63 q/t arasında Vəndamçayda, 22 q/t dan 51 q/t-a qədər Dəmiraparançayda qeyd olunmuşdur. Göründüyü kimi Ni-elementinin miqdarının xeyli azalması müşahidə olunur. Sonuncu dəyişmələr ola bilsin ki, insanların təbiətə mənfi təsirini göstərən əsas əlamətlərdən biridir. Bu faktın digər ərazilərdə də yoxlanılmasına ehtiyac duyulur. Hələlik isə onu qeyd edə bilərik ki, Car, Katexçay kəsilişlərində qeyd olunan kimyəvi elementlərin dəyişilmələri içərisində Ni-elementinin də miqdarı Vəndamçaya uyğun gəlirdi. Nisbətən insanların təsərrüfat fəaliyyətləri çox təsir etmiş dağ meşə torpaqlarında Kurmuxçay, Ağçay, (Qax rayonu) onların qiyməti xeyli aşağı enmişdir. Eyni sözləri biz Qaşqaçay və Kişçayın qonur torpaq növləri üçün də aid edə bilərik. Kişçayın qara rəngli dağ-meşə torpağında- yəni sıx meşəlik sahədən götürülən nümunəsində Ni-ın miqdarı (70 q/t)а yenə yüksək qiymətlə xarakterizə olunurdu.

Beləliklə, öz bütövlüyünü qorumuş landşaft tipinin alçaq, orta və yüksək qurşaq sahəsində qonur, qara-qonur, boz-qonur torpaq növləriа sıx meşəlikа sahələrdə Ni- elementinin təxminən 45-65 q/t-luq normal hüdudlarda dəyişməsi ilə xarakterizə olunur. İnsanların müəyyən qədər təsərrüfat fəaliyyətlərindən seyrəlmiş dağ-meşə torpaqlarda Ni-qiyməti 25-35 q/t hüdudlarında daha çox rast gəlir. Bu zaman həm də, Ba, Sr , Mn, B, Pb kimi elementlərinin də hüdudlarının xeyli dəyişmələrinə rast gəlinir.

Bitkilərin tərkibindəki mikroelementlərin öyrənilməsi və bioloji mənimsənilmə əmsallarına diqqət etsək Ba, Sr, Cu, B elementlərinin BMƏ-nin vahiddən böyük Mn, Cr, Ni, Ti, V, Co, Pb Ц elementlərinin BMƏ-nin qiyməti isə vahiddən kiçik göstəricilərə malikdir [8,11].

 

 

NƏTICƏ

 

  1. Yüksəklik qurşaqları daxilində- alcaq daglıq, orta daglıq və yüksək dağlıq mikroelementlərin miqdarca dəyişmələri çox az-az hallarda müşahidə olunur.
  2. Torpaqların mikroelement tərkibləri ərazidə yayılan gil şistlərinin tərkibinə daha yaxın olmaqla qərarlaşmış fon səviyyəsinə uyğun dəyişir.
  3. Torpaqlarda mikroelementlərin miqdarı suxurlarda kimyəvi elementlərin yüksək olduğu xüsusi sahələrdə məsələn, Balakən-Zaqatala filiz rayonları ərazisində yerli şəraitə uyğun olaraq zənginləşir.
  4. Qum daşlarının mineral və geokimyəvi tərkibi ilə bağlı olan yüksək miqdarda mikroelement göstəriciləri və gil şistlərinə uyğun olan anomal miqdar mikroelement tərkibindən dəfələrlə torpagın tərkibinə az nüfüz etməsi ilə fərqlənir.
  5. Bitkilər öz orqanları vasitəsi ilə ya normal miqdarda mikroelement toplayır və yaxud zəruri olan şəraitdə çox və ya az miqdar mikroelement toplamaqla torpaqda olan mikroelementlərin miqdarlarının normal həddə saxlanmasına şərait yaradırlar.
  6. Torpaqlarda Ni elementinin stabil və yüksək miqdarı sağlam landşaft növləri ücün xarakterikdir. Nisbətən pozulmuş landşaftlarda Ni miqdarı azalır, Ba, Sr, Mn, B, Pb elementlərinin miqdarı isə bu halda böyük intervallarda dəyişilir.
  7. Vəndamçay kəsilişində landşaft strukturu ona qonşu olan Dəmiraparançay kəsilişində nisbətən daha mükəmməlliyi ilə fərqlənir. Burada alçaq daglıq və dağətəyi ərazilər şabalıd ağacı zolağını və orta dağlıq sahə isə daha zəngin palıd ağaclarının hündürlük zolağını təşkil etdiyindən torpaq və bitkilərin mikroelement tərkibindəki stabilliklə müşahidə olunur.

 

 

▀─▀┴╚╔╔└╥

 

1.                                    └ыш-чрфх ╟.╠. ╦шЄюыюуш  Ёєфютьх∙р■∙шї юЄыюцхэшщ ш ухюїшьш  Ёєфэ√ї ¤ыхьхэЄюта ёыюцэюфшёыюЎшЁютрээ√ї Ёрщюэют └тЄюЁхЇхЁрЄа эр ёюшёъ. фюъ. ухюы. ьшэ эрєъ.- ╩шхт., 1988.

2.                                    Azərbaycan Respublikasının regonal-coğrafi problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. Bakı. 2003.

3.                                    Budaqov B.Ə., Nəbiyev V.N. Alazan əyriçay çökəkliyinin landşaftı. Bakı. 1979.

4.                                    ┴єфруют ┴.└. ╤ютЁхьхээ√х хёЄхёЄтхээ√х ырэф°рЇЄ√ └чхЁсрщфцрэёъющ ╤╤╨. ┴ръє. ▌ыь. 1998.

5.                                    ┬хЁэрфёъшщ ┬.╚. ╧Ёюсыхь√ сшюухюїшьшш ╥Ё. ┴шюїшьшўхёъющ ырсюЁрЄюЁшш └═ ╤╤╤╨.Є.16. 1980.

6.                                    Əmirov F. Meşələrin ekoloıi rolu. Bakı. 2001

7.                                    ╠рьхфют ╚.╥. ╤ЄЁєъЄєЁр ырэф°рЇЄют ■цэюую ёъыюэр ┴юы№°юуюа ╩ртърчр т яЁхфхырї └чхЁсрщфцрэёъющ ╤╤╨ (т ьхцфєЁхў№х ╠рч√ьўрщ-├хюъўрщ) └тЄюЁ. фшёёхЁЄ. эр ёюшёъ. ърэф. ухюуЁ. эрєъ. ┴ръє. 1976.

8.                                    ╧хЁхы№ьрэ └.╚. ├хюїшьш  ырэф°рЇЄр. ╠. л┬√ё°р  °ъюыр╗ , 1975. 342ё.

9.                                    ╧юы√эют ┴.┬. ├хюїшьшўхёъшх ырэф°рЇЄ√. ┬. ╤с. л├хюуЁрЇшўхёъшх ЁрсюЄ√╗ ╠юёътр. 1962.

10.                               ╘ыюЁр └чхЁсрщфцрэр. ╥юь яюф. Ёхф. ╚.╚. ╩рЁ ушэр. ╚чф-тю └═ └чхЁс ╤╤╨. ┴ръє. 1950.

11.                               ╤яЁртюўэшъ яю ухюїшьшш ╠юёътр, ═хфЁр, 1990.

12.                               Şəki Regional Elmi Mərkəzi 30 ildə. Bakı. 2005

13.                               Şəki Regional Elmi Mərkəzinin dünəni, bu günü və sabahı. Bakı. 2005.

14.                               ╪√їрышсхщыш ▌.╪. ├хюыюушўхёъюх ёЄЁюхэшх ш ЁрчтшЄшх └чхЁсрщфцрэёъющ ўрёЄш ■цэюую ёъыюэр ┴юы№°юую ╩ртърчр. ┴.: ╚ч-тю. └э └ч.╤╤╨. 1956.

 

 

аааааааааааааааааааааааааааааааааааааааааааааааааааааааа >>Cədvəllər<<аааааааааааааааааааааааааааааааааааааааааааааааа аааааааааааааааааааааааааааааааааааааааааа>>Anasehife<<

 

 

 

 

Используются технологии uCoz